Məmmədova Aytəkin Oktay qızı1986-cı ildə Zaqatala rayonunda anadan olmuşdur.
1993-2004-cü illərdə Bakı şəhərində orta təhsil almışdır.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi ixtisasına qəbul olmuş;
2008-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsi üzrə İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına qəbul olmuşdur.
*
2010-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Əməyin iqtisadiyyatı və təşkili kafedrasında baş laborant işləmişdir.
2012-ci ildən həmin kafedrada müəllim vəzifəsində çalışır. Hazırda “Menecment” kafedrasının dissertantıdır.
Əhali gəlirlərinin qeyri-bərabər bölüşdürülməsinin bəzi aspektləri(2012) məqaləsinin, Yoxsulluq meyarı haqqında (2012) və Əhalinin sosial müdafiəsi (2013) tezislərinin müəllifidir.