ݮƵ

Mərakeş Krallığının Azərbaycandakı səfiri ݮƵ-də

10 OKTYABR 2017 | VIEWS:

Azərbaycan Respublikası Prezidentinin ölkədə 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi və bu çərçivədə görülən işlərin tərkib hissəsi olaraq ݮƵ-də İslam ölkələri səfirləri ilə görüşlər davam edir.

ݮƵ-in budəfəki qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarx olub.

ݮƵ tələbələri ilə görüşdə Beynəlxalq əməkdaşlıq departamentinin əəAnar Kazımov Azərbaycanda İslam Həmrəyliyi İlinin elan edilməsinin digər ölkələr üçün də nümünə olduğunu qeyd edib. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını müsəlman aləmini bir araya gətirən böyük mədəni tədbir, ictimai hadisə kimi qiymətləndirib.

Səfir Mohamed Adil Embarx Azərbaycandakı tolerantlıq və stabilliyin digər ölkələrə nümünə ola biləcəyini qeyd edib. Tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər olduğunu bildirən səfir ölkələrarası əməkdaşlığın perspektivlərindən danışıb. Mərakeşin coğrafiyası, zəngin tarixi və təbiəti, iqtisadiyyatı, təhsil imkanları haqqında söz açan diplomat eyni zamanda, təhsil imkanları haqqında da məlumat verib. Turizm baxımından yüksək göstəricilərə malik Mərakeşin zəngin ənənənələri və mətbəxi tələbələr tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayan diplomat ݮƵ tələbələrinin Mərakeşin ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.

ݮƵ rektoru, professor Ədalət Muradovla görüşdə rektor İslam Həmrəyliyinin dünyada tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin dünyada təbliğində böyük töhfə olmasını və nümünəvi rol oynadığını bildirib.

Mohamed Adil Embarx ݮƵ-in zəngin infrastrukturunun olduğunu qeyd edib. Beynəlxalq arenada gündən-günə nüfuzu artan ݮƵ-in təhsil imkanlarını, tələbələrin intellektual səviyyəsini yüksək qiymətləndirən səfir onlarla tanışlıqdan məmnun olduğunu və Mərakeş ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında yardımçı olacağını bildirib.