İsayeva İlahə Sabir qızı 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərində 138 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakultəsinin Memarlıq mühitinin dizaynı ixtisasına daxil olmuşdur. 2000-ci ildə həmi fakültənin bakalavr, 2002-ci ildə isə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlığın əsasları kafedrasında baş laborant vəzifəsində başlamış və eyni zamanda pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən 2020-ci ilədək müxtəlif tədris illərində Memarlığın əsasları kafedrasının tədris etdiyi ixtisas fənlərindən – Dizaynın əsasları, Layihələndirmənin əsasları, Kompozisiyanın əsasları və s. fənlərindən saat hesabı dərs demişdir.
2020-ci ilin sentyabr ayından pedaqoji fəaliyyətini Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasında, müəllim vəzifəsində davam etdirməkdədir. 5 elmi məqalənin müəllifi, 2 metodik vəsaitin və 7 tədris proqramının həmmüəllifidir.
Ailəlidir, iki övladı var.