ݮƵ

fereh

Rəhmani Fərəh Polad qızı

Rəhmani Fərəh Polad qızı 1990-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq fakültəsini bitirmişdir. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə magistr dərəcəsini almışdır.

2012-ci ildən ADİU-da Müəssisənin iqtisadiyyatı kafedrasında laborant, böyük laborant, müəllim vəzifəsində çalışmışdır. 2014-cü ildə Müəssisənin iqtisadiyyatı kafedrasına Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə dissertant təyin olunmuşdur. 2013-2016-ci illərdə ݮƵ-də saathesabı qaydasında dərslər aparmışdır.

 

 

2017-ci ildən ݮƵ-in Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasında müəllim vəzifəsində çalışır.

2016-ci ilin fevral ayında ݮƵ-in keçirdiyi Universitet sistemində interaktiv təhsil mövzusunda təlimdə iştirak etmişdir və qrup üzrə I-ci yerə layiq görülmüşdür. 8 elmi məqalələrin müəllifidir.

Kafedrada elmi tədbirlərin təşkilində köməklik göstərir, dəfələrlə konfrans və elmi festivallarda məruzələrlə çıxış edib.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI