Xəlilova Solmaz Dadaş qızı1949-cu ildə noyabrın 25-də Bakı şəhərində anadan olmuşdur.
1976-1981-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Sənayenin iqtisadiyyatı və planlaşdırılması fakultəsini bitirmişdir.
1974-cü ildə həmin institutun Maddi-Texniki Təchizat kafedrasında baş laborant işləmişdir.
1983-cü ildən ildən İqtisad Universitetində müəllim kimi çalışmışdır.
15.09.2020-ci il tarixə kimi Biznesin idarəedilməsi kafedrasının müəllimi işləmişdir.
Çoxsaylı məqalələrin müəllifidir.