1978-ci il iyul ayının 20-də Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur.
1999-cu ildə Naxçıvan Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsini bitirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Humanitar fənnlər kafedrasında böyük laborant vəzifəsində çalışmışdır.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2004-cü ildə Birja işinin təşkili və idərə edilməsi kafedrasında, 2005-ci ildə isə Marketinq kafedrasında böyük laborant vəzifəsində işləmişdir. Dissertantdır.
*
2015-ci ildən Ticarət və gömrük işinin təşkili kafedrasında müəllim vəzifəsində çalışır.
Ailəlidir. Üç övladı var.
15-dən artıq məqalə və tezislərin müəllifidir.