ݮƵ

Naib Namətov

Naib Namətov 11 fevral1998-ci ildəAğdaşınKotanarxkəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər Nərimanov rayon 47 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildəAzərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Rus İqtisad Məktəbinə qəbul olub. 2020-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-dəbaşlananVətən müharibəsindəFüzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Füzuli rayonu uğrunda döyüşlərdəqəhrəmancasına vuruşaraq,şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 3-dəAğdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub.

Ölümündən sonra 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni, Cəsur döyüşçü, Vətən uğrunda, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhid Naib Namətovun təltifləri