Namazova Nərminə Tahir qızı12 sentyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci il Azərbaycan Dövlət İqtisad Universitetinin Çoxişlənən Malların Texnologiyası fakültəsinə qəbul olunmuş və 2006-cı ildə ali təhsilini Yüngül sənaye mallarının bədii layihələndirilməsi ixtisası üzrə başa vurmuşdur.
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn və texniki estetika ixtisası üzrə magistratura pilləsinə daxil olmuş, 2019-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildən, 2014-cü ilədək Poliqrafiya üzrə 3№ li Bakı Peşə Lisseyində ixtisas fənn müəllimi kimi çalışmışdır.2015-ci ildən 2019-cu ilədək Bakı İdarəetmə və Texnologiya Kollecində ixtisas fənn müəllimi kimi çalışıb. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Uiniversitetinin Dizayn kafedrasında müəllim vəzifəsində çalışır.
6 jurnal məqaləsi, 2 tezisi dərc edilmişdir.
Ailəlidir, iki övladı var.