ݮƵ

New Media şirkətinin rəhbəri ADİU-da seminar keçib

13 APREL 2015 | VIEWS:

Aprelin 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən  Marketinq-diskusiya klubunun növbəti seminar keçirilib.

Seminarda New Media şirkətinin rəhbəri Rasim Davudov Azərbaycanda tələbələrin ixtisas seçimi və kadr potensialının formalaşmasına marketinq yanaşma  mövzusunda çıxış edib.  Məruzəçi tələbələrin müxtəlif ixtisas seçimi imkanlarının mövcudluğundan, həmçinin ixtisaslı kadrların formalaşmasında marketinqin mühüm yanaşma istiqamətlərindən danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.