p.e.n., dos. İsmayılova Könül Fehruz qızı25 avqust 1971-ci ildə Bakı şəhərində anadan olub.
1988-ci ildə orta məktəbi bitirib, həmin ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus və Ədəbiyyatı İnistitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub.
Təinatla Abşeron rayon Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbində müəllim vəzifəsində calışıb.
1995-ci ildə Azərbaycan Təhsil Problemlər İnistitutunun dissertantı olub.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasında müəllim vəzifəsində calışıb.
18 dekabr 2007- ci ildə Azərbaycan Təhsil Problemlər İnistitutunda 13.00.02. Təlim və tərbiyyənin nəzəriyyəsi və metodikası (ədəbiyyatın tədrisi metodikası) Təlim rus dilində olan məktəblərdə Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrinin öyrədilməsi yolları mövzusunda dissertasiya işini müdafiə edib.
4 fevral 2009-cu ildə pedaqoji elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
*
1 fevral 2013-cü ildə baş müəllim vəzifəsinə təyin olunub. ݮƵ-in “Rus dili” kafedrasının dosenti olub.
Hazırda ݮƵ-in Tərcümə Mərkəzinin əməkdaşıdır.
40-a yaxın elmi əsərin (15 məqalə, 2 metodiki vəsait, 3 dərs vəsaiti, 20 tezis) müəllifidir.
2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür.
Ailəlidir, bir övladı var.
*
“Rus dili” kafedrasında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib (03.12.2015)