ݮƵ

Pakistanlı tədqiqatçı ݮƵ-də

08 DEKABR 2017 | VIEWS:

Pakistan Ticarət Nazirliyinin sektor müdiri Muhammed Umer Saleem Bhatti ݮƵ-də olub.

 və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin birgə həyata keçirdikləri Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı çərçivəsində ölkəmizdə olan sektor müdiri ݮƵ-in professorları ilə görüşüb. Sektor müdiri İnfrastrukturun inkişafı üçün özəlləşdirmə və dövlət-özəl əməkdaşlıq mövzusunda tədqiqat apardığını bildirib. O, tədqiqat işini yekunlaşdırılmaq üçün Azərbaycan təcrübəsini öyrənmək niyyətində olduğunu qeyd edib.

ݮƵ-in professorları Ümidvar Əliyev, Məhiş Əhmədov, Sakit Yaqubov, dosent Məhəmməd Əliyev və baş müəllim Azər Ağarzayev xarici ekspertin elmi-tədqiqat fəaliyyətinə dəstək olmaq məqsədilə onu maraqlandıran suallara cavab veriblər.

ݮƵ-də olmaqdan məmnun qaldığını bildirən tədqiqatçı paylaşdıqları bilikləri üçün professorlara təşəkkür edib.