ݮƵ

ݮƵ tələbələrinə mühazirə demək zövq verdi

16 MART 2017 | VIEWS:

ݮƵ-in Beynəlxalq Əlaqələr Departamentinin徱ٴǰ Anar Kazımov pedaqoji fəaliyyətlərinə İqtisad Universitetində davam edən Polşanın Poznan İqtisad və Biznes Universitetinin (Poznan University of Economics and Business) professorları ilə görüşüb.

Polşanın nüfuzlu universitetinin üç professoru Konrad Jan Sobanski, Michal Konopczynski və Sylwester Bialowas ݮƵ-də olmaqdan məmnunluq ifadə ediblər. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan ݮƵ-in güclü təhsil bazasına malik olmaqla yanaşı, savadlı və bacarıqlı kadr hazırlığı həyata keçirdiyini diqqətə çatdırıblar: Müşahidələrimiz onu deməyə əsas verir ki, ݮƵ tələbələri bilik əldə etməyə çox maraqlıdırlar. Eyni zamanda, mənimsəmə qabiliyyətləri də yüksəkdir. Bir sözlə, ݮƵ tələbələrinə mühazirə oxumaq böyük zövqdür.

A.Kazımov Erasmus+ mübadilə proqramı çərçivəsində polşalı professorların ݮƵ-də, ݮƵ professorlarının isə Polşanın Poznan İqtisad və Biznes Universitetində mühazirələrinin davamlı olacağını bildirib. Mübadilə proqramının uğurla davam etdiyini qeyd edən departament direktoru ötən həftə ərzində ݮƵ-in iki müəlliminin sözügedən universitetdə dünya iqtisadiyyatı və marketinq fənlərindən dərs keçdiklərini bildirib. Eyni zamanda, aprel ayında ݮƵ-in 4 professorunun da polşalı tələbələrə iqtisadiyyat və riyaziyyat fənlərini tədris edəcəklərini diqqətə çatdırıb.