Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) altı tələbəsinin adı var:
Prezident təqaüdünə layiq görülən ݮƵ tələbələri Beynəlxalq İqtisadiyyat Məktəbindətəhsil alırlar. Onlardan beşi Maliyyə, biri isə Biznesin idarəedilməsi ixtisaslarına qəbul olan tələbələrdir.
Ötən tədris ilində ݮƵ-in yalnız bir tələbəsi Jalə Rəhimova (Maliyyə və mühasibat fakültəsi, 680 bal) Prezident təqaüdünə layiq görülüb. 2014/15-ci tədris ilində də ݮƵ-in bir tələbəsi Emil Alıyev (Beynəlxalq İqtisadiyyat Məktəbi, 680 bal) Prezident təqaüdü alıb.
Qeyd edək ki, 2016/17-ci tədris ilində ݮƵ-ə qəbul olan tələbələrdən 291-i 600-dən yüksək bal toplayıb. Ötən il 600-dən yuxarı bal toplayan tələbələrin sayı 103, 2014/15-ci tədris ilində 93, 2013/14-cü tədris ilində isə 49 olub.