i.e.d., prof. Bağırov Damət Abbas oğlu1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib.
1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi, 1997-ci ildə dosent elmi adı alıb.
1995-1998-ci illərdə Sank-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxuyub. 1998-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində 08.00.10 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Elə həmin ildə Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
2000-ci ildə AR Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu alıb.
2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.
*
ƏMƏK FƏALİYYƏTİ: İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb. 1989-1994-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda tədris laboratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb. 1994-1995-ci illərdə «Tuqay» (indiki Bank of Baku) kommersiya bankının idarə heyətinin sədri vəzifəsində işləyib.
1995-1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini vəzifələrində işləyib. 1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad İnstitutunun «Maliyyə» kafedrasının 0,5 ştatla dosenti vəzifəsində işləyib. 2000-ci ilin fevral ayından AR İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, baş məsləhətçi, şöbə rəisi vəzifəsində işləyib.
2001-ci il avqust ayından İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasının professoru (0,5 ştat) vəzifəsində işləmişdir. 2005-ci ilin fevralından «Vergi və vergiqoyma» kafedrasının tam ştatla professoru və Maliyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. 2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib. 2018-ci ilə kimi ݮƵ-in ə və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 24.04.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı ilə, Təhsil Nazirinin 11/927 saylı 27.09.2011-ci il tarixli əmri ilə AR Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
İctimai Nəzarət Şurası: Təhlillər göstərir ki, ݮƵ hədəfə doğru inamla irəliləyir (28.02.2018)
II Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Dayanıqlı Qlobal Rəqabət(11.10.2017)