t.e.d., prof. Cəfərov Hidayət Fərrux 1964-cü ildə Beyləqan şəhər 1 saylı orta məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1968-1970-ci illərdə Beyləqan rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini vəzifələrində işləyib. 1970-ci ildə hərbi xidmətdə olub.
1970-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda və Arxeologiya-Etnoqrafiya sektorunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.
1971-1974-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda Arxeologiya ixtisası üzrə aspiranturada təhsil alıb. 1978-ci ildə Azərbaycanın son tunc və ilk dəmir dövründə Ön Asiya ölkələri ilə əlaqələri mövzusunda namizədlik dissertasiyasını,
1996-cı ildə Qarqarçay və Tərtərçay hövzəsinin tunc və ilk dəmir dövrü mədəniyyəti mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1989-cu ildən dosent, 1997-ci ildən professor vəzifəsinə seçilib.
1989-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan tarixi kafedrasında baş müəllim, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 1997-ci ilin iyun ayında həmin universitetin Azərbaycan tarixi kafedrasında professor vəzifəsinə seçilib, 1998-ci ilin iyun ayından kafedra müdiri vəzifəsini əvəz edib, 1999, 2001, 2006 və 2011-ci illərdə müsabiqədən keçməklə Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsinə seçilib. 2016-cı ilin iyul ayına kimi bu vəzifədə çalışib.
Hazırda ݮƵ-in Humanitar fənlər kafedrasının professorudur.
Azərbaycan tarixinin müxtəlif problemlərinə həsr olunmuş 255-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 kitabça, 2 tədris-metodiki vəsait, tədris proqramlarının, 3 dərsliyin həmmüəllifidir.
2006-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb, 2011-ci ildə isə Tərəqqi medalı ilə təltif olunub.