
1935-ci ildə Ağdam rayonunda anadan olub.
1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrindəçalışıb.
500-dən artıq elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. 1972-ci ildə Əməyin iqtisadiyyatı, 1974-cü ildə Əməyin elmi təşkili, 1993-cü ildə İdarəetmənin əsasları, 2001-2006-cı illərdə (ikinci nəşr) Menecmentin əsasları, 1998-ci ildə Əməyin sosiologiyası kitabları nəşr edilib. 1967-ci ildə Moskvanın ən nüfuzlu nəşriyyatı sayılan Мысль nəşriyyatında mənafelər problemi, 1974-cü ildə isə əməyin reduksiyasına həsr edilmiş monoqrafiyaları çap edilib.
1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı kafedrasının əyani aspirantı olub.
1963-cü ildə orada namizədlik dissertasiyasını, 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1992-ci ildə əməkdar elm xadimi adına layir görülüb. “Şöhrət” ordeni ilə təltif edilib.
Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert şurasının üzvüdür. 1990-1998-ci illərdə Beynəlxalq iqtisadçılar ittifaqının rəyasət heyətinin üzvü olub.
2010-cu ildə Qızıl qələm mükafatına layiq görülüb. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən Harvard Universitetinin kitabxanasında 3 kitabı oxuculara təqdim edilib.
23.02.2019-cu il tarixində vəfat edib.
AccessBank-dan ݮƵ tələbələrinin elmi-tədqiqatına dəstək(15.03.2018)
ݮƵ-də konfrans: Hüseyn Cavid irsi və müasir dövr(01.03.2018)
ݮƵ-də elmi seminar: İqtisad elmi və iqtisadiyyat(29.12.2017)
Şeirlərini Tofiq Fərid təxəllüsü ilə yazan alim(04.07.2017)
ݮƵ professorunun kitabları dünya arenasında(04.07.2017)
ݮƵ-də Strateji Yol Xəritəsi öyrənilir(19.01.2017)
ݮƵ-də ilk nümunəvi dərslər keçilib(15.01.2016)