Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən “Marketinq-diskusiya klubunun 3 dekabr saat 12:00-da növbəti seminarı keçirildi. Seminarda Qarant Holdinqin piar meneceri Nigar Məmmədova “Azərbaycanın reklam bazarında marketinqin kommunikasiya elementlərindən istifadə” mövzusunda maraqlı çıxış etdi. Marketinq ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin iştirakı ilə təşkil olunan seminarda Nigar xanım Azərbaycanda reklamın müasir vəziyyəti və piar kompaniyalar haqqında ətraflı çıxış edərək, tələbələri maraqlandıran suallara da cavab verdi.