Qaraxanova Ülkər Tofiq qızı1988-ci il 16 apreldə Bakı şəhərində anadan olub.
2005 -cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi resursların idarəedilməsi fakültəsinə daxil olub.
2006cı ildə uğurla imtahan verib Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin Xüsusi İstedadlar qrupuna qəbul olmuşdur.
2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib Böyük Britaniyanın London şəhərində Brunel Universitenin Maliyyə və İnvestisiyalar fakültəsində magistr dərəcəsini almışdır.
Eyni zamanda 2009-cu ildə ADİU də MBA proqraminın Marketinq ixtisasına daxil olub oranı da 2012 ildə bitirmişdir.
2010-cu ildən ADİU da saathesabı XİQ-də və SABAH qruplarında Korporativ maliyyə, İnvestisiyaların idarəedilməsi, Maya dəyərinin əmələgəlməsi, Maliyyə analizı fənnlərini tədris etmişdir.
2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasında işləməyə başlamışdır. Korporativ maliyyə fənnini azərbaycan dilində ilk tədris etmişdir.