b/m. Qiyasova Zeynəb Həbibağa qızı[email protected]
[email protected]
28 avqust 1987-ci ildə Saatlı rayonunda anadan olmuşdur.
2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi İqtisadiyyat fakültəsi İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili almışdır.
2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə diplomu) almışdır.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 5308.01 Ümumi iqtisadiyyat ixtisası üzrə dissertantdır. Dissertasiya işini tamamlamış, minimum imtahanlarını vermiş və ilkin müzakirəyə təqdim etmişdir.
2014-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi kafedrasında saathesabı müəllim vəzifəsində çalışmışdır.
2015-ci ilin fevral ayından tam ştatlı müəllim vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdənݮƵ-inİqtisadiyyatın tənzimlənməsi kafedrasınınbaş müəllimi vəzifəsinə keçirilib.
Yerli və beynəlxalq elmi jurnallarda biri Scopus bazasında olmaqla 20-dən çox tezis və məqalələri çapdan çıxmışdır. 2019-cu ildə Web of Science (Thomson Reuters) bazasına daxil olan jurnalda məqaləsi çap olunmuşdur.
2016-cı ildən etibarən İqtisadiyyatın tənzimlənməsi kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədridir.
2017-ci ildən etibarən ݮƵ Tələbə Elmi Cəmiyyətinin İqtisadiyyat fakültəsi üzrə İqtisadiyyatın tənzimlənməsi kafedrasının tərkibində yaradılan İqtisadçı Tələbə Elmi Klubunun (dərnəyinin) rəhbəridir.
2018-2019-cu ildən hal-hazıradək İqtisadiyyat fakültəsinin baş mentorudur. Bu fəaliyyət istiqamətində təcrübənin öyrənilməsi məqsədilə 2019-cu ilin sentyabr ayında Türkiyənin Ankara şəhərində Qazi, Hacı Bayram Vəli, Hacattəpə universitetlərində ezamiyyətdə olmuşdur.
Universitetin bütün fakültələri üzrə keçirilən Bir Müəllim Bir Tələbə intellektual debat layihəsinin, Zəif Bənd intellektual yarışının ideya müəllifi, layihə rəhbəri və təşkilatçısıdır.
Ailəlidir, iki övladı var.
*
I yerə layiq görülən gənc tədqiqatçılarımız(13.11.2015)
9 may 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Sənaye ili ilə bağlı keçirilmiş məqalə müsabiqəsində magistrlar arasında II yeri tutaraq diploma layiq görülmüşdür.
16 may 2014-cü ildə Sumqayıt Dövlət Universitetində təşkil olunmuş Magistrantların XIV Respublika elmi konfransında məruzə ilə çıxış etmiş və fəxri diplomla təltif olunmuşdur.
7-8 aprel 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşdür.
13 noyabr 2015-ci ildə ݮƵ Ümumdünya Elm Gününə və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan Elm Günləri çərçivəsində gənc tədqiqatçı, magistrant və tələbələrin elmi məqalə müsabiqəsində İnnovativ iqtisadi inkişafın formalaşdırılması strategiyası; Neftin ucuzlaşması fonunda ölkəmizdə fiskal siyasətin əsas istiqamətləri mövzusu ilə gənc tədqiqatçılar arasında I yerə layiq görülmüşdür.
22 noyabr 2016-cı il ݮƵ Elm aylığı müsabiqəsində III yerə layiq görülmüşdür.