ݮƵ

Radio ݮƵ təqdim edir: ݮƵ MÜƏLLİM

03 NOYABR 2016 | VIEWS:

Radio ݮƵ yeni tələbə layihəsilə dinləyicilərinin qonağı olacaq. ݮƵ MÜƏLLİM  verilişinin qonaqları universitetin tanınmış professor-müəllim heyəti, o cümlədən, dünyanın aparıcı universitetlərinin məzunları olmuş müəllimlər olacaqlar.

Verilişdə ݮƵ-də tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən layihələrdən danışılacaq, dəyərli müəllimlər öz təcrübələrini tələbələrlə bölüşəcəklər.

ݮƵ-in professor-müəllim heyətini daha yaxından tanımaq, onlarla  səmimi, qeyri-rəsmi söhbətə qoşulmaq istəyənlər hər həftənin çərşənbə axşamı saat 15:00-da ݮƵ MÜƏLLİM  verilişini izləməyi unutmasınlar.

Layihənin müəllifi, eyni zamanda verilişin aparıcı Biznes və menecment fakultəsinin ikinci kurs tələbəsi  İlkin Cəlilovdur.