Qurbanova Rəna İslah qızı1985-ci ildə Bakı şəhərində anadan olub.
2001-ci ildə 272 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
2005-ci ildə bakalavriat, 2011-ci ildə magistraturanı bitirib.
2013-2017-ci illərdə Qida məhsullarının texnologiyası kafedrasının dissertantı olub.
*
2005-2007-ci illərdə Union xarici dil və kompyuter kursunda ingilis dilinin qrammatikası üzrə təlimatçı vəzifəsində, 2007-ci ilin fevral ayından 2008-ci ilin dekabr ayınadək Lider logistic adlı şirkətdə əməliyyatçı vəzifəsində, 2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi Şöbəsinin Türk Dünyası İşlətmə fakültəsi üzrə operator kargüzar, 2014-cü ildən İqtisadiyyat və İşlətmə kafedrasının laborantı vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2018-ci ilin oktyabrına qədər həmin kafedrada böyük laborant vəzifəsində çalışıb.
Hazırda Türk Dünyası İşlətmə fakültəsində katib vəzifəsində çalışır.