Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) SABAH qrupunun marketinq ixtisası üzrə təhsil alan tələbələri nəzəri biliklərini təkmilləşdirmək məqsədilə Azersun Holding MMC-də informasiya turunda olublar.
Görüşdə şirkət nümayəndələri tələbələrə təcrübə proqramları və karyera imkanları haqqında geniş məlumat veriblər. Düzgün CV yazma üsulları göstərilib, müsahibə zamanı davranış qaydaları və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər verilib.
Sonra tələbələr Sun Tea Azərbaycanın istehsal prosesi ilə tanış olublar. Həmçinin zavodun anbarı və laboratoriyasına baxış keçiriblər.
Azərsun Holdingin marketinq üzrə mütəxəssisləri tələbələri maraqlandıran sualları cavablandırıb.