i.f.d. Salayev Elxan Adil oğlu2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr təhsil proqramı üzrə İnformatika və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi, 2013-2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin magistr təhsil proqramı üzrə Menecment ixtisasının Heyətin idarə edilməsi ixtisaslaşması üzrə magistratura təhsili almışdır. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 5308.01 – Ümumi iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmuşdur. 2025-ci ildə iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2012-ci ilin mart ayından 2017-ci ilin aprel ayınadək Menecment kafedrasında laborant vəzifəsində çalışmışdır. 2015-2017-ci illərdə Menecment kafedrasında saathesabı olaraq Menecment, Strateji menecment, İdarəetmə qərarları, Korporativ idarəetmə fənlərindən mühazirə və seminar dəsrləri aparmışdır. Elmi fəaliyyəti ilə əlaqədar 18 məqalənin müəllifidir.
2017-ci ildə Uludağ Universitetində (Türkiyə) tədris prosesinin təkmilləşdirilməsi üzrə mübadilə proqramında iştirak etmişdir.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan Soft Skills təlimini uğurla bitirmiş və Certificate of Achievement sertifikatı almışdır.
2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən universitet həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuşdur.
2017-ci ilin aprel ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsi katibliyinin katibi vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.
*
*
*
(26.10.2021)
ݮƵ-in nümayəndə heyəti Türkiyənin Uludağ Universitetində(11.07.2017)
ݮƵ-in idarəetmə sistemində Türkiyə təcrübəsi(04.07.2017)