i.ü.f.d., dos. Şamxalova Samirə Oqtay qızı19 fevral 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun (hazırki Azərbaycan Dövlət İqtisad Universiteti) Dizayn fakultəsinə daxil olmuşdur.
2000-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək Toxuculuq və Yüngül Sənaye malların bədii layihələndirilməsi (dizayn) ixtisası üzrə (bakalavr pilləsi) bitirmişdir.
2000-ci ildə həmin ixtisas üzrə magistratura pilləsinə daxil olmuş; 2002-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə BMT-nin İnkişaf Proqramının Təlim və Resurs Mərkəzində Kompyuter və İdarəetmənin əsasları, layihə idarəetməsi (Menecment) kurslarını bitirərək sertifikat almışdır.
2002-ci ildən 2006-cı ilədək İdarəetmənin təşkili (hazırki Biznes inzibatçılığı) kafedrasında böyük laborant işləmişdir.
2006-cı ildən Biznes inzibatçılığı kafedrasının 0.5 ştat müəllimi olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı kafedrasının dissertantı olub.
2016-cı ilin fevralında namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
2019-cu ilin sonuna kimi ݮƵ-in “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi vı baş müəllimi olub.
07.01.2020-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.
25 elmi əsərin müəlifidir, onlardan 12 məqalə (7 xarici ölkələrdə çapdan çıxmışdır), 9 tezis, 2 tədris proqramı və 2 dərsliyin həmmüəllifidir.
2017-ci ilin noyabrında ݮƵ-də Elm aylığı çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində mövzusunda keçirilən elmi məqalə müsabiqəsində qalib olub.
BMDM-nin Biznesin idarə edilməsi, Menecment, Marketinq, Dövlət və Bələdiyyə idarə edilməsi ixtisasları üzrə proram rəhbəridir.
Ailəlidir, bir övladı var.
Elmi məqalə müsabiqəsinin qaliblərini tanıyın(14.11.2017)
ݮƵ-də Elm aylığı elmi tədqiqata maraq artıb(10.11.2017)