
(26.11.2018)
(19.10.2018)
ݮƵ tələbələrindən nümunəvi addım(18.12.2017)
Fərhad Bədəlbəylidən ݮƵ kollektivi üçün unudulmaz gün(08.12.2017)
ݮƵ Kuboku 2017yə start verilir(21.09.2017)
ݮƵ tələbələri Heydər Əliyev Mərkəzində(02.05.2017)
ݮƵ-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsi qarşısında(18.04.2017)
ݮƵ tələbələrindən xeyriyyə aksiyası: Qan ver, yaşat!(17.04.2017)
Universitetlərarası intellekt birinciləri ݮƵ tələbələri(02.02.2017)
ݮƵ Qadınlar Şurası Bakı SOS uşaq kəndini ziyarət edib(14.09.2016)
Azərbaycan Dövlət İqtisad Universitetndə (ݮƵ) Şuşa Dövlət Musiqili Dram Teatrının Aprelin dörd günü adlı tamaşası nümayiş etdirilib. Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr edilən tamaşa 4 gün davam edən döyüşlər zamanı Azərbaycan ordusunun göstərdiyi şücaətdən bəhs edir. 45 dəqiqədavam edən tamaşada Azərbaycan və Türkiyə şairlərinin şeirlərindənistifadə edilib. Əməkdar artist Loğman Kərimovun təxəyyülünün məhsulu olan səhnə əsəri gənclərə vətənpərvərlik ruhunun aşılanması üçün nəzərdə tutulub.Tamaşa ݮƵ tələbələrinin marağına səbəb olub.
Fevralın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Kommersiya fakültəsinin tələbələri Təhsil muzeyində olublar.
Tələbələr muzeydə elm və təhsilin inkişaf tarixini əks etdirən sənəd, material və fotoşəkillərlə tanış olublar. Nadir dərs vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris prosesində istifadə edilən texniki və əyani vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işlərinə baxış keçiriblər.
Tələbələrə muzeydəki qədim tarixə malik Qurani-Kərim haqqında məlumat verilib. Xeyriyyəci Hacı Zeynalabdin Tağıyev üçün yaradılan guşə tələbələrin marağına səbəb olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib.
ݮƵ tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov ahılları 31dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib.
Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər. Ahıllar ݮƵ kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.
Sonda ahıllar tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) İqtisadiyyat və Sənaye fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan tələbələri N.Nərimanov rayonundakı 37 saylı orta məktəbin şagirdlərinə Ümumi ekologiya movzusunda seminar keçiblər. İqtisadçı Tələbələrə Dəstək ictimai birliyinin ekoloji qrupunun tələbələrinin apardıqları seminar şagirdlər tərəfindən maraqla qarşılanıb.
Seminarda mövzu ilə bağlı müsabiqə də təşkil olunub. Şagirdlər müsabiqədə fəal iştirak ediblər.
Sonda şagirdləri ekoloğiya mövzusunda maraqlandıran suallar ݮƵ tələbələri tərəfindən cavablandırılıb.
Tədbir ݮƵ-in Ətraf mühitin muhafizəsi kafedrasının müəlliməsi Afaq Hacıyevanın rəhbərliyi ilə keçirilib.
*
Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Qadınlar Şurasının üzvləri Qurban bayramı munasibətilə SOS uşaq kəndini ziyarət ediblər.
ݮƵ-in dosenti, YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova uşaq kəndində yaşayan anaları və onların tərbiyə etdikləri uşaqları ݮƵ rəhbərliyi adından Qurban bayramı münasibətilə təbrik edib.Onlara təhsildə və cəmiyyət həyatında uğurlar arzulayıb.
Sonra uşaq kəndinin sakinlərinə bayram sovqatı təqdim olunub.