ݮƵ

ü⳾Qarayev

ü⳾ Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. 2001-2012-ci illərdə Sabirabad rayonunun M.Ə.Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Naxçıvan MR-in Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Doğulduğu Sabirabad rayonunun Qalağayın kəndində dəfn olunub.

Ölümündən sonra 3-cü dərəcəli Vətənə xidmətə görəordeni, Vətən uğrunda, Xocavəndin azad olunmasına görə medaları ilə təltif edilib.

Şəhid ü⳾ Qarayevin təltifləri