t.e.d., prof. Paşayeva Məhəbbət Tofiq qızı1965-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildən АМЕА-nın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi fəaliyyətə başlayıb. 1988-ci ildən elmi tədqiqatlarını Moskvada, SSRİ EA N.N.Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunda davam etdirib.
2000-ci ildə namizədlik, 2013-cü ilin aprelində doktorluq dissertasiyasını (Azərbaycanlıların adət və inancları mövzusunda) müdafiə edib.
Tarix elmləri doktorudur.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir. 2006-cı ildən Azərbaycan tarixi kafedrasının dosenti, 2015-ci ildən Azərbaycan tarixi kafedrasının professoru vəzifəsində çalışıb.
2013-2014-cu illərdə Frankfurt-Main Johann Wolfgang Goethe Universitetinin Khinalug Documentation Project layihəsində iştirak edib, layihə çərçivəsində The History and Etnography of Shahdagh Peoples adlı monoqrafiyası ingilis dilində nəşr olunub.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsas qrant müsabiqəsinin layihənin rəhbəri kimi qalibi olub.
Xarici və respublika jurnallarında nəşr edimiş 100-dək elmi əsərin, o cümlədən 4 monoqrafiyanın (biri xaricdə nəşr olunmaqla) və 2 metodik vəsaitin müəllifidir. Türkiyə, İngiltərə, İtaliya, Rusiya, Belarusda keçirilən bir sıra beynəlxalq konfranslarda iştirak edib.
*
Qədim dünya ölkələrinin iqtisadi tarixi və Şimali Azərbaycan XX əsrin əvvəllərində mövzusunda 2 metodik vəsaitin, 3 monoqrafiyanın, 50-dək elmi məqalənin müəllifidir.
03.06.2019-cu il tarixindən Multikulturalizm mərkəzinə ictimsai əsaslarla rəhbər təyin edilib.
Hazırda ݮƵ-in “Humanitar fənlər” kafedrasının professorudur.
Ailəlidir, iki övladı var.
*