Tural Dadaşov Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla ݮƵ-ə qəbul olunub. 2015-ci ildə ݮƵ-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.
Ölümündən sonra 3-cü dərəcəli Hərbi xidmətdə fərqlənməyə görə medalı ilə təltif edilib.