Ülvi HacıyevHacıyev Ülvi Şirin oğlu 1994-cü il noyabrın 13-də anadan olub. 2001-2012-ci illərdə Bakı şəhəri, Suraxanı rayonu 141 saylı orta məktəbində təhsil alıb.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) İqtisadiyyat fakültəsinə (tədris rus dilində) daxil olub. Bakalavr təhsilini bitirdikdən sonra 2016-cı ildə ݮƵ Biznes Məktəbinə (MBA) qəbul olub. Biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisaslaşması üzrə ingilis dilində magistratura təhsil alıb.
2018-2019-cu illərdə Ağcabədi rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 2019-2020-ci illərdə DGK Azərterminalkompleks Birliyinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda xidmət edib.
2020-ci ildə könüllü olaraq orduya yazılıb. Sentyabrın 30-da Füzuli rayonunda gedən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 19 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. 50 gün axtarışdan sonra nəşi tapılıb.
6 dekabrda II Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra Vətən uğrunda, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Cəsur döyüşçü medalları ilə təltif edilib.