ݮƵ

ݮƵ 2017-ci ili belə yola salır: Müəllimlərlə tələbələrin unudulmaz tanqosu

28 DEKABR 2017 | VIEWS:

SABAH Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə IV Vyana balı keçirib.

Ənənəvi olaraq hər ilin sonunda keçirilən tədbirin məqsədi dünya mədəniyyəti, rəqs və musiqilərini SABAH tələbələrinin ifasında təqdim etməkdir.  Vyana balı SABAH tələbələrinin imtahanqabağı motivasiyasında da mühüm rol oynayır.

Bu il Fairmont Baku otelində təşkil olunan balın bir özəlliyi də tədbirdə tələbələrlə birlikdə SABAH-ın ilk məzunları ilə müəllimlərin iştirakı olub. Müəllimlər tələbələr üçün xüsusi olaraq hazırladıqları Yeni il mahnısını ifa ediblər. Rəqs gecəsində müəllimlərlə tələbələrin tanqo rəqsi də xüsusi maraqla qarşılanıb.

Rəqslərin quruluşu ݮƵ SABAH Mərkəzinin IV kurs tələbəsi Cavid Hacıyevindir. Vyana balının təşkilatçıları isə məzun Sadiq Əsgərov ilə IV kurs tələbəsi İlkin Rüstəmzadədir.

İٷ