ݮƵ

ݮƵ 96 yaşını təntənəli şəkildə qeyd edib

19 İ۱ 2026 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) yaranmasının 96 illiyi münasibətilə universitetdə təntənəli ݮƵ Günü keçirilib.

Tədbirin açılışında çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov müəllim, tələbə və əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. O bildirib ki, ݮƵ Günü universitetin zəngin tarixi, akademik ənənələri və böyük ݮƵ ailəsinin birlik və həmrəyliyinin rəmzidir.

Şaiq Əsgərov bir əsrə yaxın zəngin tarixə malik olan ݮƵ-in ölkənin iqtisadi təhsil sistemində mühüm rol oynadığını vurğulayıb, son illərdə həyata keçirilən islahatların, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq layihələrinin universitetin nüfuzunun artmasına töhfə verdiyini qeyd edib. O, müəllim, əməkdaş və tələbələrə təşəkkürünü bildirərək tələbələrin ݮƵ-in ən böyük sərvəti olduğunu və gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Sonra universitetin 96 illiyi münasibətilə ݮƵ-in sosial-ictimai həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürnamələrlə təltif olunublar.

Tədbirin bədii hissəsində ݮƵ Yaradıcılıq Mərkəzinin rəqs və vokal qrupları maraqlı musiqi və rəqs nömrələri ilə çıxış edərək iştirakçılara xoş anlar yaşadıblar. Proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.