ݮƵ-in alim və ekspertləri Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi mövzusunda V beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfrans Azərbaycan Universiteti və Vergilər Nazirliyinin ə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Şamaxı şəhərində, Vergilər Nazirliyinin ə Mərkəzində keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.
Konfransın plenar iclasında ݮƵ-in Maliyyə və maliyyə institutlarıkafedrasının müdiri, professor Əvəz Ələkbərov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında və ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb.
Konfrans öz işini 2 bölmədə davam etdirib. ݮƵ-in Elm şöbəsininmüdiri, professor Zahid MəmmədovAzərbaycanın iqtisadi inkişafı və milli-mənəvi dəyərlərin qorunması məsələlərinə həsr edilən bölməyə sədrlik edib. Bölmədə ݮƵ-in professoru Sifariz Səbzəliyev, professor Nizami Xudiyev,Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovvə dosent İmran Rzayev məruzə ilə çıxış ediblər. ݮƵ alimlərinin çıxışları konfrans iştirakçıları tərəfindən geniş prizmalardan müzakirə olunub.