ݮƵ

ݮƵ alimlərinin elmi-tədqiqat işləri impakt faktorlu jurnalda dərc edilib

26 NOYABR 2015 | VIEWS:

ppСнимокAzərbaycan  Dövlət  İqtisad  Universitetin  Fizika və Kimya kafedrasının müdiri, fizika elmləri doktoru Rövnəq Rzayevin və həmin kafedranın professoru,  fizika elmləri doktoru Rəna Babayevanın  Laylı quruluşlu AIII BVI  monoselenidlərinin elektron xassələrinin öyrənilməsi istiqamətində apardıqları elmi-tədqiqat işlərinin nəticələri A kateqoriyalı, impakt faktor göstəricisi 4,588 olan Koreyanın nüfuzlu Perspektiv Tədqiqatlar Beynəlxalq Jurnalında  çap olunub.

Jurnalda dərc edilən Elektrik sahəsinin n-InSe monokristallarının fotokeçiriciliyinə təsiri adlı məqalədə temperaturun (77-400K) və elektrik sahəsinin intensivliyinin (çox zəif qiymətdən 2.5·103 V⁄sm qiymətə qədər) geniş dəyişmə intervalında müxtəlif ilkin (77K temperaturda olan) xüsusi müqavimətli (~102dən  ~108 Оm·sm qədər) n-İnSe kristallarının fotokeçiriciliyinin spektral paylanmasına və lyuks-amper xarakteristikasına xarici elektrik sahəsinin təsiri tədqiq edilmişdir.

ݮƵ alimlərinin elmi-tədqiqat işləri sertifikata layiq görülüb.