ݮƵ

ݮƵ Biznes Məktəbinin üzv olduğu beynəlxalq təşkilatlar

AACSB ÜZV

ݮƵ BİZNES MƏKTƏBİ AACSB-nin TAM HÜQUQLU ÜZVÜ.

Akkreditasiya biznes məktəbinin yüksək səviyyəli tədris proqramlarını təmin etdiyini göstərən və ciddi şəkildə həyata keçirilən müstəqil rəydir ki, bu da könüllü və qeyri-dövlət yönlü bir prosesdir. Akkreditasiya prosesi biznes məktəbinin missiyasına, fakültə

üzvlərinin ixtisasına və kurrikuluma təfsilatlı baxışın keçirilməsi deməkdir ki, bu prosesə özünüqiymətləndirmə, kollegial baxışın həyata keçirilməsi, komitə şurasının nəzarəti və təfsilatlı strateji planın hazırlanması daxildir. Akkreditasiya təmin edir ki, tələbələr öz təhsil sahələrinə aid olan lazımi bilikləri öyrənsinlər və proqramı bitirməklə rəhbər kimi formalaşsınlar.

Available:

*

EFMD – QLOBAL ŞƏBƏKƏ ÜZV

ݮƵ BİZNES MƏKTƏBİ EFMD-nin TAM HÜQUQLU ÜZVDÜR və EFMD-nin QLOBAL ŞƏBƏKƏSİNİN ÜZVÜÜ.

Azərbaycan Dövlət İqtisad Universitetinin ݮƵ Biznes Məktəbi EFMD-nin (İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna) tam hüquqlu üzvüdür. EFMD dünyada əsas biznes məktəbləri şəbəkələrindən biridir və bu şəbəkənin üzvü olmaq biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantların mübadiləsi, bilik paylaşması və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığa geniş imkanlar yaradır.

Available: https://

*

HIGHERED GLOBAL TALENT NETWORK ÜZV

ݮƵ BİZNES MƏKTƏBİ HIGHERED GLOBAL TALENT NETWORK TAM HÜQUQLU ÜZVÜÜ.

ݮƵ Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD   təşkilatın     HIGHERED      Global            Talent Network adlı işə düzəlmə şəbəkəsi MBA proqramında təhsilalan magistrlərin ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar açmışdır.

Xaricdə çalışmaq istəyən, bilikli və bacarıqlı MBA proqramının magistrləri bu fürsətdən ݮƵ Biznes Məktəbinin aşağıdakı qlobal portalına daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

  • ݮƵ Biznes Məktəbinə müraciət etməklə unec.edu.az domenli email ünvanını əldə etmək;
  • ünvanında qeydiyyatdan keçməklə Avropa Birliyi ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlamaq.