ݮƵ-də Dövlət Bayrağı Gününə həsr olunan bilik yarışı keçirilib.ݮƵ-in İqtisadçı Vətənpərvərlər Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarış Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim mövzusunda olub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin səsləndirilməsi ilə başlayan yarışda 15 komanda iştirak edib. 3 mərhələdən ibarət olan yarışda komandalara Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı suallar verilib. Final mərhələsinə İپ徱ⲹ fakültəsinin Generalissimus, ƏəəşüԲı fakultəsinin 374 və Game Over komandaları vəsiqə qazanıb. Gərgin və maraqlı keçən yarışda İپ徱ⲹ fakültəsinin tələbələrinin təmsil olunduğu Generalissimus komandası qalib olub. ƏəəşüԲı fakultəsinin 374 komandası 2-ci, Game Over komandası isə 3-cü yerin sahibi olub.
Yarışın sonunda Generalissimus komandasının üzvlərinə kubok və medallar, digər finalçılara isə diplomlar təqdim edilib.