Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət HOPE (Humanity Occurs in a Peaceful Environment) komandası Challenging Extremism layihəsi çərçivəsində təqdimat keçiriblər.
Komanda üzvləri tələbələrə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin dünyada ekstrimizmlə internet və sosial media üzərindən mübarizə üçün təqdim etdiyi layihə haqqında ətraflı məlumat verib. Bildiriblər ki, Challenging Extremism layihəsinin məqsədi müxtəlif ölkələrdə universitet tələbələrinin sosial mediadan düzgün istifadə etməklə yaşadığı cəmiyyətdə ekstremizmlə mübarizəni gücləndirmək, gəncləri ekstremizmdən uzaqlaşdırmaqla daha təhlükəsiz cəmiyyətin formalaşmasına nail olmaqdır.
Qeyd: HOPE (HOPE – Humanity Occurs in a Peaceful Environment) komandasının koordinatoru ݮƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbinin Layihələr və Xarici tələbələr üzrə meneceri Fəxri Məmmədovdur.