ݮƵ

ݮƵ-də Gənc Bankir Məktəbi- 3 layihəsinə start verilib

23 OKTYABR 2017 | VIEWS:

bankir posterݮƵ-də Gənc Bankir Məktəbi – 3 layihəsinə start verilib.

İki mərhələdən ibarət layihənin ilk mərhələsində komanda üzvlərinə 2 həftə ərzində Azər Türk Bank ASC tərəfindən bank sektoruna aid mövzularda təlimlər keçiriləcək. 2-ci mərhələdə isə komandalar püşkatma yolu ilə seçdikləri ölkənin bank sistemi haqqında araşdırma apararaq elmi-tədqiqat işi hazırlayacaq. Yarımfinal mərhələsində isə komandalar araşdırdıqları mövzu və tədqiqat işlərini münsiflər heyətinə təqdim edəcək. Finalda qalib olan komandanın iştirakçıları Azər Türk Bank ASC-də təcrübə proqramında iştirak edəcək. Qaliblər diplomla təltif olunacaq.

SUES İctimai Birliyinin təşkilatçılığı, Azər Türk Bank ASC-nin tərəfdaşlığı, Reduco ə Mərkəzinin maliyyə dəstəyi keçirilən layihədə iştirak etmək istəyənlər  linkinə daxil olaraq komanda şəklində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 30 oktyabr saat 23:00-da bitəcəkdir.