ݮƵ-də Gənc Biznesmenlər Klubu yaradılıb.
ݮƵ-in Rus İqtisadiyyat Məktəbində yaradılan klubun məqsədi tələbələrin tanınmış biznesmenlərlə mütəmadi görüşlərini təşkil etmək, onların təcrübələrindən faydalanmaqdır. Klubun fəaliyyəti əsasən marketinq, menecment və biznes ixtisaslarında təhsil alan tələbələri əhatə edəcək.
Klubun ilk görüşü biznesmen, özündə Viva, Cafe-City, Maxi.az, İnteqral kimi brendləri birləşdirən OMG şirkətlər qrupunun yaradıcısı Orxan Mastanovla olub. İqtisad Universitetinin məzunu olan, sonra təhsilini və biznes fəaliyyətini Rusiyada davam edən uğurlu iş adamı O.Mastanov ݮƵ tələbələrinə öz tələbəlik xatirələrini danışıb. Bu gün ݮƵ-in tələbələrə yaratdığı dünya təhsiıl sistemindən faydalanmaq imkanını yüksək qiymətləndirib.
Sonra gənc biznesmen ݮƵ tələbələrinə Biznes – peşədir, yoxsa… adlı ustad dərsi keçib. O, biznes fəaliyyətini tələbələrə maraqlı, interaktiv formata nümayiş etdirib. ݮƵ məzunu tələbələrə öz tövsiyələrini verib. Onların suallarını cavablandırıb.