Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin təşkilatçılığı və Reduco ə Mərkəzinin tərəfdaşlığı ilə Linguo Gladius layihəsinin seçim turu keçirilib. Seçim turu ingilis dili bilikləri və ümumi dünyagörüşü ilə bağlı hər birində 10 sual olmaqla 4 mərhələdən ibarət olub. Yarışda iştirak edən 19 komanda arasında gərgin keçən mübarizənin sonunda ən çox xal qazanan 4 komanda layihənin final mərhələsinə vəsiqə qazanıb:
Layihənin final mərhələsi martın 7-də keçiriləcək. Final mərhələsində komandaların iştirakçıları yarışa fərdi şəkildə qoşulacaq. İştirakçılar işgüzar və gündəlik həyatda ingilis dilinin rolu mövzusunda təqdimat hazırlayacaqlar.
Bütün komandalara uğurlar arzulayırıq!