Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) təhsil alan əcnəbi tələbələrin sayı ildən-ilə artmaqdadır.Belə ki, 2024-2025-ci tədris ilində ݮƵ-ə qəbul olan əcnəbi vətəndaşların sayı son on illə müqayidsədə 4 dəfə artıb. Bu, ݮƵ-in təhsil keyfiyyətinin və cəlbediciliyinin dünya miqyasında daha da artdığının bariz sübutudur.
Bu il ݮƵ-ə qəbul olan 205 əcnəbi vətəndaşdan 167 nəfəri bakalavriatura, 35 nəfəri magistratura, 3 nəfəri isə doktorantura üzrə təhsili alır.
Tələbələrin 161 nəfəri qeyri-dövlət xətti ilə, 6 nəfəri Hökümətlərarası Saziş çərçivəsində, 5 nəfəri Heydər Əliyev adına Dövlət Qrantı ilə, 32 nəfəri isə DİM vasitəsilə qəbul olub. Bir tələbə isə Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində ݮƵ-də təhsil alır.
Hazırda ݮƵ-də Çin, ABŞ, Rusiya, Türkiyə, İsrail, İndoneziya, Malaziya, Hindistan, Estoniya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və digər ölkələrdən 500-ə yaxın əcnəbi tələbə təhsil alır.