ݮƵ

ݮƵ-də Thomson Reutersin təlimlərinin ilk iştirakçılarına sertifikatlar təqdim edilib

24 İ۱ 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) Thomson Reutersin ali təhsil müəssisələrinin qlobal elmi bazası olan Web of Science platformasının təlimləri keçirilib.

Dünyanın aparıcı informasiya agentliyi olan Thomson Reuters şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ݮƵ-də təşkil olunub. Təlimlərdə Thomson Reutersin nümayəndələri iştirakçılara Web of Science platformasından istifadə qaydalarını öyrədib. Təlimdə ݮƵ-lə yanaşı, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri də iştirak ediblər.

Thomson Reutersin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov təlimlərin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib. O, proqramda yalnız ݮƵ-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakını yüksək dəyərləndirib: Sevindirici haldır ki, təlimlərə bir neçə universitetin nümayəndəsi qatılıb. Onlar təcrübələrini öz həmkarları ilə bölüşəcəklər. Web of Science proqramından dünyanın 100-dən çox ölkəsinin aparıcı universitetlərinin alimləri, eləcə də, elmi-tədqiqat müəssisələri, təşkilatlar istifadə edir. Əminəm ki, Thomson Reutersə çıxış Azərbaycan alimlərinin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına, ölkədə elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığı inkişaf etdirəcək. V.Baqorov ݮƵ-lə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.

ݮƵ-in Elm şöbəsininmüdiri, professor Zahid Məmmədovtəlimlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Web of Science platformasından istifadə ݮƵ-də aparılan elmi-tədqiqat işlərinin və onların uğurlu nəticələrinin beynəlxalq elmi ictimaiyyətdə tanıdılmasında mühüm rol oynayacaq. Bu platforma vasitəsilə alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı da qazanacaqlar.

İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar Web of Science platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər.