ݮƵ

ݮƵ-də valideynlər imtahanın gedişinə nəzarət ediblər

06 İ۱ 2017 | VIEWS:

İyunun 6-da bir qrup valideyn imtahanların gedişini izləmək üçün ݮƵ-də olublar. Biznes və menecment fakültəsində keçirilən imtahanlarda valideynlər övladlarının imtahan prosesini izləyiblər.

ݮƵ-də fəaliyyətə başlayan Qərargahla tanış olan valideynlər auditoriyalara baxış keçiriblər. Dərslərdə istifadə edilən elektron tribunanın iş prinsipi ilə maraqlanıblar. Bunlarla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan şahmat klubunda da olublar.

Valideynlər ݮƵ-də yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Xüsusilə, övladlarına yaradılan şəxsi kabinetlər vasitəsilə tədris materiallarının asan əldə etməsi imkanını yüksək qiymətləndirib, elektron apellyasiyanın üstünlüklərini, əlavə vaxt itkisinin qarşısını almasını vurğulayıblar. Bütün bunlarla yanaşı imtahan prosesinin şəffaf keçirilməsini də yüksək dəyərləndiriblər.

Fakültə dekanı, dosent Mirağa Əhmədov qeyd edib ki, ݮƵ ictimaiətə açıq universitetdir. Valideynlər hər zaman öz fikir və təkliflərini ݮƵ rəhbərliyinə bildirə bilər. Məqsəd Vətənə layiq, savadlı, gənc kadrlar hazırlamaqdır.

M.Əhmədov valideynləri maraqlandıran sualları cavablandırıb. Sonda valideynlərə ݮƵ ekspert jurnalının xüsusi buraxılışı hədiyyə edilib.