Ümumdünya Elm Günü münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) Elm aylığına start verilib. Bununla bağlı ݮƵ-də geniş tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq, oktyabr ayının 10-dan etibarən silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının da qatılacağı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr və xüsusi diskussiyalar təşkil olunacaq.
Elm aylığında Elmin insan inkişafında rolu, Elmi tədqiqatlarda İKT-nin rolu, Elm və təhsil vəhdətinin yeni dizaynı, ݮƵ-də elmi və pedoqoji kadrların hazırlığı məsələləri və digər mövzuda müzakirələr aparılacaq. ݮƵ-də Elm aylığı çərçivəsində fakültələrdə tematik dəyirmi masalar təşkil ediləcək, eyni zamanda iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələr dinləniləcək.
Elm və təhsilin vəhdəti mövzusunda TEDx beynəlxalq konfransının keçirilməsi də ݮƵ-də təşkil olunan Elm aylığına daxil edilib.
Ümumdünya Elm Günü münasibəti ilə noyabr ayının 10-da keçiriləcək son toplantıda Elm aylığına yekun vurulacaq və müvafiq komissiya tərəfindən qiymətləndirilən elmi məqalələr müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Oktyabr ayının 17-də Elm aylığı çərçivəsində ݮƵ-in tədqiqatçı alimləri ilə yanaşı, ölkənin nüfuzlu alimlərinin, ekspertlərinin iştirakı ilə İqtisadiyyat üzrə nobel mükafatçıları haqqında məruzələrə start verilib.
ݮƵ rektoru, professor Ədalət Muradov Elm aylığının əhəmiyyətindən danışıb. Bildirib ki, ݮƵ artıq uzun müddətdir ki, Elm günləri, Elm həftəsinə ev sahibliyi edir. Elm aylığının əsas məqsədi ݮƵ-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdən ibarətdir.
Ə.Muradov universitetdə pedoqoji heyətlə tədqiqatçı alimləri bir-birindən ayırmağın vaxtının çatdığını, təqdiqat apara biləcək alimləri müəyyən etməyin vacib olduğunu xüsusi vurğulayıb.
ݮƵ rektoru deyilənləri reallığa çevirmək üçün görülən işlərdən və həyata keçiriləcək layihələrdən danışıb. Bildirib ki, nüfuzlu elmi jurnallarda məqaləsi çap edilən ݮƵ əməkdaşlarına artıq mükafatlar verilir. Tədqiqatçı alimləri bir araya gətirmək üçün ݮƵ ekspert jurnalı dərc edilir.
Hədəfimiz ݮƵ-i elmi-tədqiqat yönümlü universitetə çevirməkdir deyən Ə.Muradov məqsədə çatmaq üçün təkliflərini səsləndirib: Magistrlər və doktorantlar elm rəhbərlərini seçərkən ݮƵ-in reytinq siyahısında elmi fəaliyyəti ilə fərqlənənlərə üstünlük verilsin.
XXI əsr ə Mərkəzinin rəhbəri Etibar Əliyev bildirib ki, Nobel mükafatının sahiblərinin müəyyənləşdirilməsi dünyanın diqqət mərkəzində olan bir hadisədir. Bu baxımdan, ݮƵ-də Elm aylığı çərçivəsində iqtisadiyyat üzrə nobel mükafatçıları haqqında silsilə məruzələrin dinlənilməsi təqdirəlayiqdir. Sonra E.Əliyev Nobel mükafatı və Bakı fondu mövzusunda təqdimatla çıxış edib. Nobel mükafatının tarixi, verilmə qaydaları və statistikası haqqında danışıb. Mükafatın təsis olunmasında Bakı neftinin rolununu vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. İştirakçılar ݮƵ-in kitabxanasında iqtisadiyyat üzrə Nobel mükafatçılarına həsr edilən guşənin yaradılması, guşənin zəngin kitablarla təmin edilməsi təklifi ilə çıxış ediblər. Elm aylığına dair kitabın nəşr edilməsi, ݮƵ-in rəsmi saytında məlumatların yerləşdirilməsi, RadioݮƵ-də müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulayıblar. Təkliflərin icrası ilə bağlı müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Tədbir ݮƵ-in rəsmi facebook səhifəsindən canlı yayımlanıb.