ݮƵ

ݮƵ-də yumor ustaları ilə görüş

15 NOYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) populyar yumorist Fərda Amin və Elvin İbrahimzadə ilə görüş keçirilib.

Tələbə Gənclər Təşkilatının təşkil etdiyi görüşdə aktyorlar öz sənət yollarından, karyeralarında qarşılarına çıxan problemlərdən və onları necə həll etmələrindən danışıblar. Tələbələr əsasən Azərbaycanda stand up və vine janrının inkişafı barədə suallar veriblər.

Görüşdə Fərda Amin stand up şousundan qısa səhnələr ifa edib. Sosial şəbəkələrdə vine janrı ilə gənclər arasında şöhrət qazanan Elvin İbrahimzadə isə ݮƵ ilə bağlı hazırladığı videoçarxı nümayiş etdirib. E.İmrahimzadə görüşdən xatirə vinesi də çəkib.

Fərda Amin görüşdə fəal iştirak edən tələbələrə özünün Selfinaz adlı stand up filminə bilet hədiyyə edib.