Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Anar Eyyubov Moskvada keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunda iştirak edib.
RAGB: gənclərin layiqli gələcəyi naminə mövzusuna həsr olunan forumda Anar Eyyubov Gəncliyin karyera inkişafı, sahibkarlıq və uğura aparan yollar adlı bölmədə məruzə ilə çıxış edib. Məruzədə ݮƵ-də gənclərin karyera inkişafı üçün yaradılan çoxsaylı imkanlardan bəhs edilib. Karyera mərkəzi, İnnovativ biznes inkubatoru, praktiki laboratoriyaların fəaliyyəti haqqında məlumat verilib, universitetdə nəzəriyyə ilə praktikanın vəhdətinin yaradıldığı, universitet rəhbərliyinin bu istiqamətdə strateji məqsəd və planları barədə danışılıb.
*
Rusiyada yaşayan azərbaycanlı tələbə və gənclər ݮƵ-in təcrübəsinə xüsusi maraq göstəriblər. Təmsil etdikləri ali təhsil müəssisələri ilə ݮƵ-in əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov ümumi yekun iclasda ݮƵ-in əməkdaşına məruzəyə görə təşəkkürünü bildirib.