ݮƵ

ݮƵ fiziki məhdudiyyətli tələbələrə xidmət sahəsində fəaliyyətini gücləndirir

22 APREL 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) təhsil alan fiziki məhdudiyyətli tələbələrin universitetin təhsil və xidmətlərindən tam istifadə etmələri məqsədilə seminar keçirilib.

Beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar KazımovݮƵ-də bu sahədə görülən işlərdən və mərkəzin əhəmiyyətindən danışıb.

Tədbirdə Əlillər Təşkilatlar İttifaqının prezidenti Davud Rəhimli və vitse-prezidenti Bəybala İbadullayev fiziki məhdudiyyətli tələbələrin ali təhsilə inteqrasiyasının vacibliyini vurğulyaraq ݮƵ-in bu istiqamətdə zəruri olan bütün tədbirləri həyata keçirildiyi qeyd edib. Eyni zamanda əlilliyin dərki, qanunvericilik, inkluziv təhsil və universal dizayn haqda məlumat verib. Tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi nümayəndəsi Rada Abbas Əngəlsiz dünya platformu haqqında geniş məlumat verib.

Seminarda ݮƵ-də Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması TEMPUS (ESFIDIP) adlı layihəsi çərçivəsində görülən işlərdən danışılıb. ݮƵ-in Əlilliyi olan Tələbələr üçün Mərkəznin fəaliyyəti və qarşıda duran məsələlər müzakirə olunub.