Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) MBA departamenti dünyanın ən tanınmış təhsil yarmarkalarının təşkilatçılarından biri olan Global Education Fairin Vyetnamın Da Nang şəhərində təşkil etdiyi yarmarkada təmsil olunub. Təhsil Agentlərinin və Tələbələrin Təhsil Yarmarkasında MBA Departamentinin proqram meneceri Əli Abbasov iştirak edib. Global Education Fairin internet səhifəsində ݮƵ haqda məlumat və reklam çarxı yayımlanıb. Məlumatla aşağıdakı keçidə daxil olmaqla, exhibitors bölməsində tanış ola bilərsiniz.