Azərbaycan Dövlət İqtisad Universiteti (ݮƵ) rektorunun müşaviri, i.f.d. II İstanbul Dövlət-Özəl Sektor Əməkdaşlığı (PPP) Həftəsi çərçivəsində keçirilən təlimlərdə və II İstanbul PPP Sammitində iştirak edib. Tədbir Türkiyə Respublikası İqtisadiyyat Nazirliyi, Xarici İqtisadi Əlaqələr Şurası (DEİK), İstanbul PPPCoE, İstanbul Birjası və Boğaziçi Universitetinin təşkilatçılığı ilə baş tutub.
Boğaziçi Universitetinin mərkəzi kampusunda təşkil edilən tədbirə ABŞ, Avropa, Cənubi-Şərqi Asiya ölkələri, həmçinin də Avstraliya, Türkiyə, İraq, Qazaxıstan, Keniya, Mərakeş, Mozambik, Filippinlər və Nigeriyanın nüfuzlu universitetlərinin professorları və dövlət qurumlarının təcrübəli mütəxəssisləri, eyni zamanda 30-dan çox ölkəni təmsil edən təlim iştirakçırıl qatılıb. Təlimlərdə dövlət-özəl sektor əməkdaşlığında qeyd edilən ölkələrin təcrübələri geniş təhlil edilib.
Proqram II İstanbul PPP Sammiti ilə yekunlaşıb. Sammitdə xarici ölkələrin nümayəndələri ilə yanaşı, Türkiyənin dövlət, hökumət rəsmiləri, özəl sektorun, universitetlərin və medianın təmsilçiləri iştirak edib.
İştirakçılar Boğaziçi Universitetinin fəaliyyəti ilə də yaxından tanış olublar.