ݮƵ

ݮƵ-in alimləri beynəlxalq konfransda

12 MART 2018 | VIEWS:

ݮƵ-in alimləri Rusiyada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər.

Nəzəri və praktiki iqtisadiyyat kafedrasının dosenti Sadiq Nəzərəliyevİqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Natiq Hacıyev Rusiyanın Aleksandr və Nikolay Qriqorieviç Stoletov adına Vladimir Dövlət Universitetində keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış ediblər.

İnnovasiyalı inkişafın aktual problemləri: idarəetmə və hüquqi mənzərə və İctimai hüququn aktual problemləri mövzularına həsr olunan konfranslarda S.Nəzərəliyev Azərbaycanda aqrar islahat və onların hüquqi əsasları adlı məruzə ilə çıxış edib. N.Hacıyev isə İnnovasiya fəaliyyətinin dövlət və hüquqi tənzimlənməsi barədə danışıb. Hər iki alimin məruzəsi böyük maraqla qarşılanıb.