Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Beynəlxalq İqtisadiyyat MəktəbininTələbə Həmkarlar İttifaqı Komitəsivə İqtisadçı İntellektual Klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Nə? Harada? Nə zaman? intellektual yarışı keçirilib.
Yarışda 27 komanda iştirak edib. Gərgin keçən bilik yarışmasında SP 500 komandası (Xədicə Səfərova, Natella Məmmədzadə, Fuad Səfərli, Allahverdi Qarayev) qalib gəlib.
II yerdə Dragonflies (Ələkbər Ələkbərov, Samir Məmmədov, İsmət Həsənzadə, Nuray Məmmədli), III yerdə isə IBrain4s (Aytən Novruzlu, Saqif Abbasov, Anar Abdıyev, Sənəm Məmmədzadə) komandası qərarlaşıb.
Yarışmanın qalibləri kubok, diplom və Ali&Nino kitab mağazasından hədiyyə kuponu, II və III yerin qalibləri isə diplomlarla təltif olunublar.